• Kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 29 643

Tarix : 29-11-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 kq-yağsız mal əti
1 ədəd-orta irilikdə kartof
1 ədəd-baş soğan
Zövqə görə 1-2 diş-sarımsaq
100 qram-süd
1 dilim-çörək
1-yumurta
İstiot və duz
Farş üçün ədviyyat

Hazırlanması:
1. Əvvəlcə çörəyin üstünə ilıq süd tökülür və bir kənara qoyulur.
2. Kartof, soğan, sarımsağın qabığı soyulur. Ət doğranır.
3. Digər ərzaqlarla birgə ət maşınından keçirilir.
4. Alınmış farş bir dəfə də maşından keçirilir. Çox zərif farş alınır.
5. Farşa 1 yumurta, duz, istiot, ədviyyat əlavə edilir. Yaxşıca qarışdırılır. Kotlet üçün olan farşı heç vaxt çox saxlamayın. Dadı və ətri dəyişir.
6. Farş yumru kotlet formasına salınır.
7. Tavada duru yağ qızdırılır, kotletlər düzülür və iki tərəfli qızardılır.
Kotletlərimiz hazırdır.

Nuş olsun!
Etiketlər: ədviyyat, yumurta, soğan, keçirilir, Yaxşıca, saxlamayın, Kotlet, farşı, qarışdırılır, əlavə, alınır, zərif, Farşa, istiot, dəyişir, edilir, formasına, qızardılır, tərəfli, Kotletlərimiz
BİZİ İZLƏYİN