• Holland pendirli toyuq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 13 083

Tarix : 30-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd sümüksüz toyuq sinəsi
1 su stəkanı holland pendir rəndəsi
1 çay qaşığı qara bibər
1 su stəkanı un
1 ədəd yumurta

Qızartmaq üçün:
Duru yağ

Hazırlanması:
Əvvəlcədən soyub sümüyünü çıxardığınız toyuğun sinəsini mətbəx dəzgahının üstünə düzün və 1 su stəkanı holland pendiri rəndəsini, 1 çay qaşığı qara bibər ilə qarışdırın və daha sonra toyuqların içinə bu vəsaiti doldurun ardınca rulo formasında sarın.
Əvvəl una, sonra yumurtaya bulayın yağda qızardın. Toyuqları içinə atıb, çevirərək qızardın.Qeyd: Toyuq rulolarının açılmaması üçün hər hansı bir çöplə tutdurun. Qızardıqdan sonra çöpləri çıxara bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, bibər, qaşığı, holland, qızardın, içinə, yumurtaya, bulayın, yağda, Əvvəl, formasında, doldurun, ardınca, Toyuqları, sarın, rulolarının, çöpləri, Qızardıqdan, çıxara
BİZİ İZLƏYİN