• Ordubad küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 455

Tarix : 4-12-2016, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd bildirçin yumurtası
3-4 ədəd alça qurusu
½ ədəd baş soğan
200 qr qoyun əti
25 qr kərə yağı
300 ml ət bulyonu
1 ədəd kartof
50 qr noxud
20 qr düyü
Sarıkök
Duz, istiot
Nanə qurusu

Hazırlanması:
Noxud axşamdan isladılıb bişirilir. Soğan xırda doğranır. Ət tikələrə doğranıb daşla döyülür. Üzərinə soğan, bişmiş noxud qatılıb təkrar döyülür. Kütləyə düyü, duz və istiot əlavə edilir, qarışdırılıb yoğrulur. Bildirçin yumurtası suda bişirilib qabığı soyulur.

Ət qarışığından küftələr hazırlanır. Küftənin içərisinə yumurta qoyulub yumurlanır.

Bulyon qaynadılır, üzərinə əridilmiş kərə yağı tökülür.Küftələr bulyona salınıb zəif odda bişirilir. Üzərinə doğranmış kartof, alça qurusu, sarıkök əlavə olunur. Hazır küftənin üzərinə nanə qurusu səpilib süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: qurusu, üzərinə, istiot, Üzərinə, noxud, bişirilir, kartof, yumurtası, əlavə, soğan, döyülür, əridilmiş, qaynadılır, Bulyon, içərisinə, hazırlanır, küftələr, Küftənin, yumurta, qoyulub
BİZİ İZLƏYİN