• Maklubə resepti

Reseptin məlumatları Baxış sayı: 14 390

Tarix : 5-12-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd toyuq
3 ədəd badımcan
3 ədəd kartof
500 qr düyü
200 qr ərinmiş kərə yağı
2 ədəd baş soğan
2 diş sarımsaq
300 ml su
¼ dəstə cəfəri
20 qr yer fıstığı
Duz, istiot

Hazırlanması:
Düyü yuyulub süzülmək üçün kənara qoyulur. Soğan və sarımsaq xırda doğranır. Toyuq tikələrə bölünür. Badımcan və kartof dilimlənir. Tavaya 100 qr kərə yağı tökülüb qızdırılır, soğan və sarımsaq əlavə edilib zəif odda qızardılır. Qarışığa toyuq tikələri qatılır, duz, istiot səpilib qovrulur. Badımcan və kartof dilimləri ayrı-ayrılıqda qızardılır. Qızardılmış badımcan dilimləri mətbəx kağızının üzərinə düzülür. Qovrulmuş toyuq əti yağ çəkilmiş istiyə davamlı qaba yerləşdirilir. Üzərinə qızardılmış badımcan və kartof dilimləri düzülüb düyü əlavə edilir. Bu proses bir dəfə yenə təkrarlanır. Maklube 160 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir. Hazır plov servis qabına tərsinə çevrilir.Üzərinə fıstıq və xırda doğranmış cəfəri səpilir. Plov qızardılmış badımcan və kartof dilimləri ilə bəzədilib qatıqla birlikdə süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: kartof, dilimləri, badımcan, toyuq, sarımsaq, əlavə, qızardılır, qızardılmış, Üzərinə, xırda, Badımcan, soğan, cəfəri, istiot, edilir, doğranmış, proses, təkrarlanır, Maklube, süfrəyə
BİZİ İZLƏYİN