• Döyülmüş ətdən kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 14 260

Tarix : 6-12-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
30 qr “Parmezan” pendiri
150 qr qarışıq tərəvəz
200 qr toyuq filesi
1 ədəd baş soğan
2 ədəd kartof
50 qr kərə yağı
¼ dəstə göy soğan
Suxarı
Bitki yağı
Duz, istiot

Hazırlanması:
Toyuq filesi baş soğanla çapaçaqla döyülür. Üzərinə sürtgəcdən keçirilmiş pendir, duz istiot səpilib qarışdırılır. Hissələrə bölünümüş qarışıq kotlet şəklinə salınıb suxarıya batırılır. Tava qızdırılır, içərisinə kərə yağı əlavə edilib əridilir. Kotletlər yağda hər iki tərəfli qızardılır.
Kartof dilimlənir, üzərinə suxarı və duz səpilib bitki yağında qızardılır. Qarışıq tərəvəzlər bitki yağında qovrulur. Kotlet boşqaba qoyulur, üzərinə xırda doğranmış göy soğan səpilir. Kənarlarına kartof və tərəvəzlər yığılıb servis edilir.

Nuş olsun!
Etiketlər: soğan, kartof, yağında, qızardılır, istiot, filesi, tərəvəzlər, qarışıq, səpilib, üzərinə, bitki, suxarı, tərəfli, əridilir, Kotletlər, yağda, Kartof, dilimlənir, Kotlet, Kənarlarına
BİZİ İZLƏYİN