• Lənkəranın badımcan küküsü resepti

Reseptin məlumatları Baxış sayı: 34 441

Tarix : 8-12-2016, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
10 ədəd yumurta
4 ədəd badımcan
100 qr qoz ləpəsi
2 ədəd baş soğan
1 dəstə keşniş
1 dəstə şüyüd
½ dəstə göy soğan
100 qr kərə yağı
Duz, istiot

Hazırlanması:
Yumurta çırpılır. Baş soğan sürtgəcdən keçirilir. Göyərti xırda doğranır.Qoz ləpəsi döyülür. Badımcanın qabığı soyulur, ət maşınından keçirilib acı suyu sıxılır. Badımcanın üzərinə qoz, soğan, göyərti, yumurta əlavə edilir, duz, istiot səpilib qarışdırılır. Tava qızdırılır, yağ əlavə edilir.
Yağın üzərinə badımcan-yumurta qarışığı tökülüb yayılır. Kükü zəif odda hər iki tərəfli qızardılır. Hazır kükü istənilən formada kəsilib süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: soğan, dəstə, yumurta, üzərinə, edilir, Badımcanın, istiot, badımcan, ləpəsi, əlavə, Yağın, qarışığı, qızdırılır, səpilib, qarışdırılır, qızardılır, kəsilib, süfrəyə, verilir, formada
BİZİ İZLƏYİN