• Salyandan şor balıq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16443

Tarix : 10.12.2016, 16:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
1 kq duza qoyulmuş kütüm balığı
8 ədəd üzüm yarpağı (iri ölçüdə)
1 ədəd baş soğan
50 qr kərə yağı
2 ədəd pomidor
1 st. giləmərzə
10 ədəd alça
50 qr zoğal
1/2 st. su
duz, istiot

Hazırlanması:
Duzda saxlanmış balıq (duzdan ) təmizlənir. Pomidor və soğan xırda doğranır. Soğan bir qədər yağda qovrulub odun üzərindən götürülür. Üzərinə pomidor, giləmərzə, alça və zoğal qatılır, duz, isitot səpilib qarışdırılır.
Tənzif sərilir, üstünə üzüm yarpağı (yan-yana) düzülür. Yarpağın üzərinə bütöv balıq qoyulur, qarışıq tökülüb yayılır.
Tənzifin ucları bağlanır. Balıq dolması qazana yerləşdirilir, üzərinə su tökülüb 25 dəqiqə bişirilir.

Nuş olsun!
Etiketlər: tökülüb, zoğal, üzərinə, balıq, pomidor, giləmərzə, soğan, yarpağı, bütöv, qarışıq, qoyulur, Tənzif, Yarpağın, üstünə, düzülür, sərilir, bağlanır, qazana, yerləşdirilir, dəqiqə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN