• Nahara tərxunlu toyuq əti resepti

Reseptin məlumatları Baxış sayı: 13 695

Tarix : 11-12-2016, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
3 ədəd toyuq filesi
1 ədəd limon
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər

Marinad üçün:
1 ç.q. xardal
3 x.q. zeytun yağı
1 x.q. qurudulmuş tərxun
Duz, istiot

Hazırlanması:
Kasaya zeytun yağı, xardal, tərxun, duz və istiot əlavə edilib qarışdırılır. Marinaddan 1-2 x.q. götürülür. Toyuq filesi marinadda 1-2 saat saxlanır.
Toyuq filesiı 2 x.q. ayrıca götürülmüş marinadda qızardılır, üzərinə dilimlənmiş limon və halqavarı doğranmış bibər əlavə olunub bişirilir.
İsti-isti bolluca tərəvəz salatı ilə süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: bibər, tərxun, istiot, əlavə, marinadda, zeytun, Toyuq, filesi, limon, xardal, doğranmış, halqavarı, dilimlənmiş, üzərinə, olunub, bişirilir, süfrəyə, verilir, salatı, tərəvəz
BİZİ İZLƏYİN