• Çörək çanağında yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 12 722

Tarix : 11-12-2016, 16:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4


Tərkibi:
3 ədəd kiçik boy yumru çörək ( arzuya görə hamburger çörəyi )
3 ədəd yumurta
2 yemək qaşığı zeytunyağı
1 yemək qaşığı kərəyağı
2 ədəd orta boy yaşıl bibər
2 ədəd yaşıl soğan
1 su stəkanı rəndələnilmiş kaşar pendiri
1 / 4 çay qaşığı duz
1 / 4 çay qaşığı qara bibər

Servis üçün:
1 yaşıl soğan
4 ədəd cəfəri

Hazırlanması:
Yumru çörəklərin üst qisimlərini qapaq şəklində kəsin . Daxili qisimlərini bir qaşıq köməyiylə çıxarın.
Uc qisimlərini alıb ortadan ikiyə kəsdiyiniz yaşıl bibəri yarım ay şəklində kəsin.Təmizlənmiş təzə soğanları incə incə doğrayın.
Zeytun yağı və kərəyağını kiçik bir qazanda qızdırın . Sırasıyla yaşıl bibər və təzə soğanları qatıb vam xodda , qısa bir müddət qovurun. Duz və qara bibəri əlavə edin.
Soyuması üçün qısa bir müddət gözlətdiyiniz yaşıl bibərli qarışığa rəndələnilmiş kaşar pendiri qatıb qarışdırın. Hazırladığınız pendirli qarışığı çörəyin içinə tökün. Içlərinə bir ədəd yumurta qırın .
Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə yumurtalar qatı bir konsistensiya alana qədər bişirin.
Sobadan çıxardığınız isti çörək çanaxlarını çox incə qıyılmış təzə soğan və cəfəri yoldaşlığında sevdiklərinizlə paylaşın.

Nuş olsun!
Etiketlər: yaşıl, qaşığı, soğan, bibər, qisimlərini, kiçik, qatıb, müddət, kaşar, pendiri, cəfəri, kəsin, rəndələnilmiş, soğanları, bibəri, şəklində, yemək, yumurta, çörək, çörəyin
BİZİ İZLƏYİN