• Yarpaq kartof resepti

Reseptin məlumatları Baxış sayı: 13 462

Tarix : 1-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd orta boy kartof
4 yemək qaşığı möcüzə yağı
1 çay qaşığı duz

Lazım olanlar:
1 su stəkanı rəndələnilmiş holland pendiri
1 yemək qaşığı möcüzə yağı
1 ədəd orta boy qırmızı dolmalıq bibər
1 ədəd orta boy yaşıl dolmalıq bibər
1/4 su stəkanı qaynadılmış qarğıdalı
1/4 dəstə cəfəri
4 ədəd yaşıl zeytun
1/4 çay qaşığı duz
1/4 çay qaşığı istiot

Hazırlanması:
Kartofların qabıqlarını fırçalayaraq təmizləyin.
Bol suda yuduğunuz kartofların üzərini kağız dəsmal köməyi ilə qurulayın. Kartofların qabığını soymağa ehtiyac yoxdu.
Kartofları döşəmə qisimlərinə bərabər gətirmədən halqa şəklində incə incə dilimləyin. Ola bildiyincə incə dilimləməyiniz əhəmiyyətlidir.
Üzərlərini bir yumurta fırçası köməyi ilə yağladığınız kartofların üzərinə duz səpdikdən sonra əvvəlcədən isidilmiş 180 dərəcə sobada 45 dəqiqə qədər bişirin.
Ortadan ikiyə kəsib nüvələrini çıxardığınız rəngli dolmalıq bibər, çox kiçik parçalar halında doğrayın. Cəfəri yarpaqlarını xırda doğrayın . Nüvəsiz yaşıl zeytunu bibərlərlə uyğun olacaq şəkildə doğrayın.
Möcüzə yağını geniş bir tavada qızdırın . Doğramış olduğunuz rəngli dolmalıq bibəri yağda qovurun.
Nüvəsiz yaşıl zeytun hissələrini və qaynadılmış qarğıdalı dənələri qarışığını, vam odda qısa bir müddət daha qovurmağa davam edin.
Xırda doğranmış cəfəri , duz və istiotu qarışığa əlavə edin.
Sobadan çıxardığınız yarpaq kartofların dilim aralarına rəndələnilmiş holland pendiri səpdikdən sonra 10-15 dəqiqə müddətlə pendirlər əriyənə qədər yenidən sobaya qoyun.
Pendiri əriyən və dumanı tüstüləyən isti kartofları ,servis qablarına alın . Möcüzə yağında ədviyyatlarla birlikdə qovurduğunuz tərəvəz qarışığını üzərinə gəzdirdikdən sonra sevdiklərinizlə paylaşın .

Nuş olsun!
Etiketlər: qaşığı, dolmalıq, yaşıl, kartofların, bibər, sonra, doğrayın, Kartofların, zeytun, Möcüzə, səpdikdən, qarışığını, köməyi, çıxardığınız, rəngli, cəfəri, üzərinə, qaynadılmış, Nüvəsiz, stəkanı
BİZİ İZLƏYİN