• İspanaqlı börək resepti

Reseptin məlumatları Baxış sayı: 8333

Tarix : 13.12.2016, 16:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
İspanaqlı içlik üçün:
5 xörək qaşığı möcüzə yağı
1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox)
Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış
Duz və istiot

Qatıqlı qarışıq üçün:
2 stəkan qatıq
3/4 stəkan möcüzə yağı
1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür)

Qatlar üçün:
3 iri yuxa (1 paketdə adətən 3-5 türk yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz)

Üstü üçün:
1 yumurta sarısı
Çörəkotu, yaxud küncüt

Hazırlanması:
İçliyi hazırlayın: İri tavada möcüzə yağını qızdırın. Soğan əlavə edib vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı. Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun.

Qatıqlı məhlulu hazırlayın: Orta boylu dərin qabda qatıq qarışımı üçün olan bütün ərzaqları qarışdırın. Yaxşı qarışması üçün qarışığı yüngülcə çalın. Kənara qoyun.

Sobanı hazırlayın: Sobanı 200 dərəcəyədək qızdırın.

Börəyi düzəldin: Qabı azca yağlayın. Birinci yufkanı qaba elə döşəyin ki, kənarları qabdan çıxsın. Üstünə bərabər qaydada 5-6 xörək qaşığı qatıqlı qarışıqdan qoyun və yayın. İkinci yufkadan qabın içinə tam yerləşəcək qədər iri bir tikə kəsin. Və onu kənarda saxlayın.
Yufkanın qalan hissəsini isə əlinizlə büzüşdürərək üstü qatıqla isladılmış birinci yufkanın üzərinə yayın. Yenə də üstünə bir neçə xörək qaşığı qatıq qarışımı qoyub yayın. İndi isə içliyi bərabər qaydada bu qatın üzərinə yayın. İçliyin üstündən bir az əvvəl kəsib saxladığınız iri yufka tikəsini elə yerləşdirin ki, içliyin üstünü tamamilə örtsün. Bu qatın da üzərinə bir az qatıq qarışımı sürtün.
Sonuncu yufkanı da əlinizlə büzüşdürüb bu qatın üzərinə döşəyin. Əlimizdə olan qatıq qarışımından bir neçə qaşıq (börəyin üstü üçün) saxlamaqla qalan hissəsini bu qatın üzərinə sürtün. Qabdan sallanan yufka kənarlarını börəyin üzərinə gətirin və üstünü tam örtəcək şəkildə döşəyin.

Börəyin üstü tamamlayın: Yumurta sarısını qalan qatıq qarışığına əlavə edib qarışdırın. Hazırladığınız yumurtalı qarışığı börəyin üzərinə sürtün. Üzərinə küncüt, yaxud çörəkotu səpin.

Börəyi bişirin: Sobanın orta gözündə üzəri qızılı rəng alana qədər, 35-40 dəqiqə bişirin. Sobadan çıxarıb təxminən 15 dəqiqəliyinə soyumaq üçün kənara qoyun. 15 kvadrat hissəyə bölün. Süfrəyə vermək üçün bir buludun, yaxud iri boşqabın içinə yığın. Bu börək süfrəyə bir az ilıq halda veriləndə daha dadlı olur, amma tam soyumuş halda da gözəldir.

Nuş olsun!

Etiketlər: üzərinə, qatıq, qoyun, yayın, bişirin, qatın, döşəyin, börəyin, yaxud, yumurta, hazırlayın, əlavə, dəqiqə, qalan, qaşığı, möcüzə, xörək, sürtün, qarışımı, kənara
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN