• Pomidor şirəli kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 14 009

Tarix : 13-12-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 q çəkilmiş qoyun əti
balaca dəstə cəfəri
1 dilim çörəkiçi
1 ədəd yumurta
1 ədəd şirin bibər
5-6 ədəd pomidor
1 x.q tomat
5 diş sarımsaq
2 x.q əridilmiş kərə yağı
100 qr pendir
1 st qaynar su
duz,istiot

Hazırlanması:
Tərəvəzləri yuyub təmizləyirik.
Soğanı və 2 diş sarımsağı blenderdən keçiririk və çəkilmiş ətin üstünə əlavə edirik.
Çörəyi də blenderdən keçirib ətin üstünə tökürük.
Yumurtanı duz və istiotu əlavə edirik. Təmizlənmiş cəfərini xırda doğrayıb ətin üstünə tökürük.
Əti yaxşı qarışdırıb qoyuruq soyuducuya.
Pomidoru, bibəri və sarımsağı xırda doğrayıb tavaya töküb ocağa qoyuruq. Suyu çəkilənə kimi qarışdırırıq.
Yağı əlavə edib qovururuq, tomat əlavə edib qarışdırırıq.
Qaynar suyu tökürük. Duz və istiotunu əlavə edirik. Vam odda 10 dəqiqə bişiririk.
Əti soyuducudan çıxarıb kotlet formasına salıb soba qabına yığırıq.
Sonra üstünə pomidor şirəsini əlavə edirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Suyu çəkilib yağa düşəcək.
Sonra sobadan çıxarıb üstünə pendiri sürtgəcdən keçirib səpirik və yenidən sobaya qoyuruq.
Üstü az qızaranda götürürük.

Nuş olsun!
Etiketlər: əlavə, üstünə, edirik, qoyuruq, tökürük, keçirib, blenderdən, bişiririk, çəkilmiş, qarışdırırıq, doğrayıb, xırda, Sonra, çıxarıb, sarımsağı, pomidor, tomat, yenidən, səpirik, soyuducudan
BİZİ İZLƏYİN