• Balqabaq plovu resepti

Reseptin məlumatları Baxış sayı: 14 985

Tarix : 14-12-2016, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
kərə yağı 150 q
1 balqabaq
300-500 q toyuq filesi
Sarımsaq, duz, istiot, sarıkök zövqünüzə uyğun

Hazırlanması:
Xırda doğranılmış toyuq filesini kərə yağında qızardın, duz, istiot əlavə edin.
Balqabağı tumlardan təmizləyin, bir hissəsini içlik üçün ayırın. İçlik üçün balqabağı xırda doğrayıb kərə yağında qızardın, duzlayın. İstəyinizlə bir az su əlavə edin, yumşalana kimi bişirin.
Yarıbişmiş plov düyüsünü, qızardılmış balqabağı və toyuq filesini qarışdırın və balqabağın içinə doldurun.
Əridilmiş kərə yağı əlavə edin. Sarımsaq (qabığını soymayın), sarıkök və ya zəfəran əlavə edin.
Folqaya bükün, sobada 200°С temperaturda 1-1.5 saat bişirin, sonra folqanı çıxarın, daha 20-25 dəqiqə 220°С temperaturda tam hazır olana kimi bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, toyuq, temperaturda, filesini, qızardın, sarıkök, balqabağı, Sarımsaq, istiot, yağında, zəfəran, qabığını, soymayın, Əridilmiş, balqabağın, içinə, doldurun, Folqaya, folqanı
BİZİ İZLƏYİN