Tərkibi:Kərə yağı - 50 q
Bütov cücə
Quru rozmarin - 1 x.q.
Quru kəklikotu - 1 x.q.
Quru reyhan - 1 x.q.
Duru bal - 100 ml
Duz
Hazırlanması:İstiot İlk olaraq cücə üçün sous hgazırlayaq. Bunun üçün kərə yağını əridib, üzərinə quru otları(rozmarin, kəklikotu, reyhan) əlavə edin. Daha sonra bu kütləyə bal eləvə edin və yaxşıca qarışdırın. Əgər istifadə etdiyiniz bal yetərincə duru deilsə, onu isidə bilərsiniz.
Cücəni təmizləyib, yuduqdan sonra içini və üstünü yaxşıca duzlayıb, istiotlayın. Daha sonra kərə yağı və baldan hazırladığınız sousu cücənin üzərinə bütövlükdə sürtüb - yayın.
Cücə 180 dərəcəyə qədər isidilmiş sobada, 30 dəqiqə ərzində hazır olur.
Fransızsayağı cücə hər növ qarnirlə süfrəyə verilə bilər.
Nuş olsun!
Etiketlər: sonra, rozmarin, üzərinə, yaxşıca, kəklikotu, reyhan, bütövlükdə, sürtüb, dərəcəyə, yayın, sousu, istiotlayın, duzlayıb, baldan, hazırladığınız, qədər, cücənin, sobada, qarnirlə, süfrəyə