• Kartoflu xəmirdən ətli kiş resepti

Reseptin məlumatları Baxış sayı: 14 749

Tarix : 1-01-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 80q
Qaynadılmış kartof 2 ədəd
Un 2-3 stəkan
Duz

İçlik üçün:
Kərə yağı 50q
Soğan 1 ədəd
Çəkilmiş dana və ya qoyun əti 500q
Pomidor 2-3 ədəd
Rəndələnmiş holland pendiri 200q
Duz
İstiot

Hazırlanması:
Kartoflu xəmirin hazırlamaq üçün, qaynadılmış kartofu yumşaq kərə yağı ilə birlikdə blenderdən keçirdin. Kütləyə duz əlavə edin. Əzilmiş kartofun uzərinə un əlavə edib, xəmiri əlinizlə yoğurmağa başlayın. Xəmir əlinizə yapışarsa, əlavə bir az un əlavə edə bilərsiniz. Hazır xəmiri ən azı yarımsaat ərzində soyuducuda saxlayın.
Soğanı təmizləyib, xırda xırda doğrayın. Doğranılmış soğanı, kərə yağı ilə qızardın. Soğan yüngül qızartı almağa başladıqda, tavaya çəkilmiş əti əlavə edin. Ət tam bişənə kimi, tavanın qapağını örtmədən, qızartmağa davam edin. Soyumuş xəmiri, bişirmə qabının formasına uyğun səliqəli şəkildə yayıb, qaba yerləşdirin. Xəmirin üzərinə qızartdığınız soğanlı əti yerləşdirin. Zövqünüzə görə duz və istiot əlavə edin.
Ətin üzərinə doğranılmış pomidorları əlavə edin. Pomidorların üzərinə, rəndələnmiş holland pendirini yerləşdirib, zövqə görə duz və istiot əlavə edin.
Sobanızı 200 dərəcəyə qədər isidib, 30 dəqiqə ərzində kişi bişirə bilərisniz.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, xəmiri, ərzində, holland, istiot, xırda, yerləşdirin, Soğan, Xəmir, səliqəli, Soyumuş, qabının, uyğun, formasına, bişirmə, örtmədən, tavaya, başladıqda, almağa
BİZİ İZLƏYİN