• Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 43 020

Tarix : 6-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Mehriban


Tərkibi:
körpə qoyun əti
quyruq ( yoxdursa adı yağ da olar)
kartof
kəklikotu
duz, istiot
istəyə görə 1 çimdik sarıkök (olmasa da olar)

Hazırlanması:
Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT


Qovurma üçün sümüksüz və sümüklü, üstündə biraz piyi olan tikələr götürmək məsləhətdir, məsələn qabırğa hissəsi. Əti orta ölçüdə tikələrə bölmək lazımdır. Ət tamamən quru olmalıdı, əvvəlcədən yuyub qurudun. Əgər quyruq varsa, onu da çox kiçik parçalara bölün (quyruq yeməyin içində tam əriyəcək).
Qovurmanı bişirəcəyiniz qazan çox vacibdir, dibi qalın qazan götürün, ən məsləhətlisi isə çuğundur. Qazanı ocağa qoyun. Yağ vurmuruq, qoyun ətinin öz piyi əriyib yetəri qədər yağ salacaq.

Qızmış qazanın dibinə quyruq parçalarını və ət tikələrini piyli tərəfini aşağı vəziyətdə düzün. Atəş orta vəziyyətdə olmalıdı, çox zəif od olarsa ət su verər (belə halda ət bərkiyir və daha gec bişir), çox gür atəş olan zaman ət yana bilər, ümumiyətlə həddən artıq gur odda bişən yemək dadsız olur. Ətin bir az qovrulmasını gözləyin. Hələlik qarışdırmayın ki, ət su verməsin.

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT


Elə ki ətin bir üzü bir az qızardı (tam qızartmayın, qurutmayın), yeməyi qarışdırın. Beləliklə 3-4 dəqiqə ərzində ara-bir qarışdırarak əti orta atəşdə qovurun.

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT


Ət özünü tutandan sonra duzunu, kəklikotunu və bir cimdik sarıkökü qazana əlavə etmək, yaxşıca qarışdırmaq.

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT


İndi isə su əlavə etmək lazımdır. Suyun miqdarı ətin nə qədər körpə olub olmamasından, tikələrin kiçik-böyük olmasından asılıdır. Qazanın ağzını örtüb, ət tamam hazır olanadək orta atəşdə bişirin.

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT


Ət bişən zaman diqqət edin ki, suyu tam çəkilməsin.
Elə ki ət bişdi (qazanın dibində hələ su qalmalıdır), kartofları təmizləyib iri parçalara bölüb qazana əlavə edin. Əgər yeməyin suyu çox çəkilibsə, bir az su əlavə etmək olar. Qarışdırmaq və qapağı kip örtüb, kartof tam hazır olanadək orta atəşdə bişirmək.

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT

Kəklikotlu qoyun əti qovurması resepti - FOTO RESEPT


Elə ki, yemək yağa düşdü, demək qovurma hazırdı. Mən qovurma bişirəndə diqqət edirəm ki, yeməyin suyu tam çəkilməsin, azacıq dibində yağlı-sulu qarışım qalsın.
Qovurmanı süfrəyə təzə-təzə verin, təkrar isidilən zaman bu yeməyin ləzzəti olmur. :)

Nuş olsun!
Etiketlər: əlavə, yeməyin, zaman, etmək, atəşdə, qoyun, quyruq, diqqət, Qovurmanı, çəkilməsin, dibində, olanadək, parçalara, kiçik, qədər, körpə, bişən, yemək, qazana, qazanın
BİZİ İZLƏYİN