• Ev narşərabı ilə basdırma edilmiş və sobada qızardılmış toyuq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 575

Tarix : 6-01-2017, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Mehriban


Tərkibi:
Toyug
ev narşərabı
bir neçə kartof
heyva
kərə yağı
duru yağı
duz

Hazırlanması:
Ev narşərabı ilə basdırma edilmiş və sobada qızardılmış toyuq resepti - FOTO RESEPT


Əvvəlcədən soyuducudan kərə yağını çıxardırık ki, bir az yumşalsın (kərə yağı bu yeməyə yaxşı dad verir,amma mütləq deyil, duru yağ da istifadə edə bilərsiz).
Toyuğu tikələrə bölürük.Nar əzməsinə bir az duru yağ qatıb(2-3yemək qaşığı), qarışdırırıq.Tikələri duzlayırıq və əlimizlə nar əzməsini tikələrin hər tərəfinə yaxşı-yaxşı sürtürük.Düzürük iri soba qabına.Tikələr bu vəziyyətdə bir az qalmalıdırlar, 10-15dəqiqə.

Ev narşərabı ilə basdırma edilmiş və sobada qızardılmış toyuq resepti - FOTO RESEPT

Ev narşərabı ilə basdırma edilmiş və sobada qızardılmış toyuq resepti - FOTO RESEPT


Vaxtımızı itirmirik))) və kartofları soyub iri parçalara bölürük.Evdə heyva yaxud hansısa bir turşməzə meyvə varsa, məsələn alma,onları da ətlə birlıkdə bişrmək olar.
Bu yeməkdə mən ətdən daha çox bişmiş meyvələri sevirəm))) Təssəvvür edirsiz,meyxoş meyvə parçaları ətin,narın,kərə yağının dadını və ətrini canına çəkir və o o qədər ləzzətli olur ki,sözlə izah etməkdə çətinlik çəkirəm)))
Həm,nə gizlədim,əvvəlcə meyvəni yeyəndə az da olsa doyuram, sonra yeməyin özünü o qədər də çox yemirəm, beləliklə mədəmi də aldatmış oluram:)))
Kartof parçalarını duzlayırıq.Əlimizlə yumşalmış kərə yağını kartof və meyvə parçalarına yaxşıca sürtürük.Bunları da qoyuruq toyuq tikələrinin ətrafına.
Ən axırda əlimizlə kərə yağından noxud boyda parçalar ayırıb,düzürük ərzaqların üstünə.Əgər kərə yağı istifadə etmirsizsə,bir az duru yağ gəzdirin (3-4yemək qaşığı).Ümumiyyətlə,bu yeməkdə ən ləzzətlisi yeməyin yağıdır.Yağ bütün ərzaqların dadını çəkir canına və çox ləzzətli olur.Çörəyi o yağa batırıb yemək ayrı bir ləzzətdir)))

Ev narşərabı ilə basdırma edilmiş və sobada qızardılmış toyuq resepti - FOTO RESEPT


Qabı göndəririk qızmış sobaya və yeməyin üstü qıp-qırmızı qızaranadək bişiririk.Bişən zaman 1-2dəfə qabın dibindəki yağı qaşıqla tikələrin üstünə gəzdirmək olar,amma bu mütləq deyil, mən çox vaxt unuduram).

Ev narşərabı ilə basdırma edilmiş və sobada qızardılmış toyuq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yaxşı, meyvə, yeməyin, qaşığı, sürtürük, tikələrin, əlimizlə, duzlayırıq, dadını, ərzaqların, üstünə, ləzzətli, qədər, bölürük, çəkir, yeməkdə, canına, mütləq, yağını, deyil
BİZİ İZLƏYİN