Tərkibi:1 toyuq
4 baş soğan
200 qram qoz ləpəsi
2 xörək qaşığı alça turşusu
duz
istiot
Hazırlanması:Soğan təmizlənib ətçəkən maşından keçirilir, üzərinə ət maşınından keçirilmiş qoz ləpəsi, isladılmış turşu, duz və istiot əlavə edilərək qarışdırılır. İstiot bol vurulsa, daha yaxşı olar.
Sonra toyuq təmizlənir, yuyulduqdan sonra istiotlanır və duzlanır. Toyuğun içərisinə və bayır tərəfınə alça turşusu çəkilir. Bundan sonra toyuğun içərisinə ləvəngi yığılır. İçi doldurulmuş toyuğu qızdırıcı sobada və ya təndirdə hər iki üzü qızarana qədər bişirirlər.
Ləvəngi süfrəyə verilən zaman onu göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar.
Nuş olsun!
Etiketlər: istiot, içərisinə, turşusu, sonra, ləpəsi, toyuq, doldurulmuş, toyuğu, sobada, yığılır, qızdırıcı, toyuğun, tərəfınə, bayır, çəkilir, Bundan, təndirdə, ləvəngi, qədər, limon