• Albuxarı ilə toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 12 776

Tarix : 5-01-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
600 q toyuq filesi
200 q şampinyon
150 q albuxarı
50 q fıstıq
qara üyüdülmüş istiot
duz

Hazırlanması:
Toyuğun dərisini soyun (amma atmayın).
Göbələyi doğrayıb (balacadırsa, bütöv də olar) qovurun, soyudun.

Toyuq filesi ilə qara gavalını balaca doğrayın. Toyuq əti, göbələk, albuxarı, təmizlənmiş fıstıq, duz və istiotu qarışdırın. Bu qarışığı toyuq dərisinin içinə yığıb rulet kimi bükün. Sonra isə folqaya bükün. 200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Sobadan çıxarıb soyudun. Sonra isə 1 gecə soyuducuda saxlayın.

Süfrəyə dilimləyərək verin.

Nuş olsun!
Etiketlər: Sonra, Toyuq, soyudun, bükün, toyuq, filesi, fıstıq, albuxarı, qızdırılmış, dərəcə, içinə, folqaya, yığıb, rulet, dəqiqə, saxlayın, Süfrəyə, dilimləyərək, verin, soyuducuda
BİZİ İZLƏYİN