• "Laklı" ördək resepti

Reseptin məlumatları Baxış sayı: 15 619

Tarix : 25-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1,5 kq-lıq cavan ördək
1 x.q. qarışıq ədviyyat (üyüdülmüş dəfnə yarpağı, istiot, darçın)
4 ç. q. soya sousu
4 ç. q. duru bal
azca duz

Hazırlanması:
Ördəyi yuyub təmizləyin, üzərindəki xırda tüklərini ütün. Ədviyyata azca duz qatıb ördəyin içərisinə və çölünə çəkin.

Ördəyin ən ətli yerlərini diş çöpü ilə deşin (yağı axması üçün).

Formaya qarnı aşağı olmaqla qoyun. Əvvəlcədən 220-230 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bu, piyin əriyib, dərisinin də "özünü tutub" şirəni çox axıtmaması üçün belə edilir.

Balı soya sousu ilə qarışdırın.

Sobanın temperaturunu 190-200 dərəcəyə endirin.

Bir saat ərzində hər 5 dəqiqədən bir ördəyi çıxarıb bu qarışığı üzərinə fırça ilə çəkin.

Əgər bu müddət bitəndən sonra ördəyinizin rəngi çox açıqdırsa, o zaman sobanın temperaturunu qaldırıb rəngi qızaranadək bişirin. Əgər əksinə, görsəniz ki, çox qızarıb yanır, o zaman sobanın aşağı gözünə keçirin.

Nuş olsun!
Etiketlər: formya, aşağı, çəkin, temperaturunu, rəngi, sobanın, zaman, sousu, bişirin, ördəyi, dəqiqədən, ərzində, çıxarıb, qarışığı, fırça, üzərinə, endirin, dərəcəyə, axıtmaması, şirəni, edilir
BİZİ İZLƏYİN