• Sinyor pomidor resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 520

Tarix : 9-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
4 iri pomidor
0,5 baş soğan
3 şampinyon
2 balaca, yaxud 1 iri yumurta
cəfəri
şüyüd
sarımsaq
100 q əridilmiş pendir

Hazırlanması:
Əvvəlcə göbələyi hazırlamaq lazımdır. Bunun üçün göbələyi soyuq su və 1 x.q. sirkə tökülmüş qaba qoyub tərtəmiz yuyun. Sonra başqa qaba yığıb üzərinə çıxınca qaynar su tökün. 5 dəqiqə saxlayın. Sonra yenə üzərinə qaynar su tökün. 5 dəqiqə saxlayıb çıxarın, soyudun. Qara hissələrini kəsib atın.

Pomidorların yuxarı hissəsini qapaq kimi kəsin. İçini çay qaşığı ilə çıxarın.

Göbələyi nazik doğrayın. Yumurtanı çalın.

Göyərti ilə soğanı xırda doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin.

Pomidorların içini bu qayda ilə doldurun: göbələk, soğan, göyərti, çalınmış yumurta, sürtgəcdən keçirilmiş pendir. Sonra pomidorun "qapağını" qoyun.

Sininin içinə folqa döşəyin. Yağ çəkin. Pomidorları düzün.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Süfrəyə isti-isti verin.

Sinyor pomidor resepti - FOTO RESEPT

Sinyor pomidor resepti - FOTO RESEPT

Sinyor pomidor resepti - FOTO RESEPT

Sinyor pomidor resepti - FOTO RESEPT

Sinyor pomidor resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, Sonra, pendir, göbələyi, çıxarın, Pomidorların, xırda, soğan, üzərinə, doğrayın, tökün, yumurta, qaynar, doldurun, qayda, göyərti, göbələk, gözündən, soğanı, Göyərti
BİZİ İZLƏYİN