• Mərci kotletləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 736

Tarix : 9-01-2017, 20:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan yaşıl mərci
1 fincan xırdalanmış kələm
1 yerkökü
1 iri baş soğan
1 yumurta
3 x.q. un
1 diş sarımsaq
duz
istiot

Hazırlanması:
Mərciməyi yumşalınca, təxminən 15 dəqiqə qaynadın. Suyunu süzüb soyudun.
Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı xırda doğrayın, kələmi sürtgəcin iri gözündən keçirin.

Sonra soyumuş mərcini də qatıb hamısını blenderdə birlikdə xırdalayın. Yumurta, ədviyyat, un qatıb yaxşıca qarışdırın. Duru olarsa, bir qədər də un və kələm qatın, kotlet tutun, yağda qızardın. Əgər yumşaq sevirsinizsə, əlavə unla kələm qatmadan qaşıqla götürüb yağa sala bilərsiniz.

Süfrəyə tərəvəz salatı ilə verə bilərsiniz.

Mərci kotletləri resepti - FOTO RESEPT

Mərci kotletləri resepti - FOTO RESEPT

Mərci kotletləri resepti - FOTO RESEPT

Mərci kotletləri resepti - FOTO RESEPT

Mərci kotletləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kələm, sürtgəcin, gözündən, keçirin, qatıb, bilərsiniz, fincan, qədər, qarışdırın, olarsa, Yumurta, birlikdə, xırdalayın, qatın, ədviyyat, yaxşıca, tutun, götürüb, qaşıqla, Süfrəyə
BİZİ İZLƏYİN