• Ətli iri çudu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 637

Tarix : 10-01-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Börəklər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 st. un
1 st. qatıq
120 q kərə yağı
1 ç.q. duz
0.5 ç.q. soda
500 q qiymə
500 q kartof
2 soğan
qara istiot

Hazırlanması:
Unu soda və duzun yarısı ilə qarışdırın. Qatıq və 100 q ərinmiş kərə yağı qatıb xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuda 40 dəqiqə saxlayın.

Kartofu duzlu suda bişirib çəngəllə əzin.

Soğanı xırda doğrayıb şəffaflaşanadək qovurun, qiymə, duzun qalanını əlavə edin, ocaqdan götürüb kartof və qara istiotla qarışdırın.

Xəmiri soyuducudan çıxarıb kolbasa formasına salın, 4 bərabər yerə bölün. Sonra bunların da hər birini 2 yerə bölün (amma bunlardan biri böyük, biri balaca olmalıdır, ümumilikdə 4 böyük, 4 balaca kündə).

Balaca kündəni nazik yayıb bir qırağa qoyun. İri kündəni yayıb için 1/4-ni üzərinə nazik yayın. Yaydığınız balaca xəmiri üzərinə çəkin. Lavaşların qırağını isladıb birləşdirin. Digər kündələri də eyni qaydada hazırlayın.

Çudunun quru tavada vam odda hər iki üzünü qızardın. Kərə yağının qalanını üzərinə çəkin.

Ətli iri çudu resepti - FOTO RESEPT

Ətli iri çudu resepti - FOTO RESEPT

Ətli iri çudu resepti - FOTO RESEPT

Ətli iri çudu resepti - FOTO RESEPT

Ətli iri çudu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: balaca, üzərinə, böyük, qalanını, çəkin, bölün, nazik, yayıb, qiymə, kartof, duzun, kündəni, qarışdırın, qırağa, olmalıdır, birini, bunların, Sonra, bunlardan, qoyun
BİZİ İZLƏYİN