• Çiçək qayğanağı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 455

Tarix : 9-08-2014, 23:18

Bölmə : Quru yeməklər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 dilim çörək
2 yumurta
2 pendir sardelkası
3 dilim buterbrod pendiri
1 qırmızı pomidor
qara istiot
duz
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Hazırlanması:
Stəkanın köməyilə çörək dilimindən dairə kəsin. Sardelkaları iki yerə bölün, yuxarı tərəflərində xaçvarı kəsiklər edin (5 mm dərinlikdə).
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Yumurtanın ağlarını sarılarından ayırın. Yumurta ağlarını soyudun, sonra bir çimdik duzla möhkəm çalın (beze).
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Çörək dilminin üstünə buterbrod pendiri, pomidor dilimi (azca duz-istiot vurun), sardelka qoyun. Sardelkanın kənarına isə çay qaşığı ilə bezedən götürüb dairəvi şəkildə qoyun.
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Çiçəyə bənzəyəcək. Siniyə perqament döşəyin, buterbrodları düzün. 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Süfrəyə isti-isti, bir fincan qəhvə və ya çayla verə bilərsiniz.
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Səhər yeməyini yeməyən uşaqlara da əsl sürpriz olsun:
Çiçək qayğanağı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: buterbrod, pomidor, istiot, ağlarını, pendiri, dilim, qoyun, çörək, olsun, Siniyə, bənzəyəcək, perqament, döşəyin, Çiçəyə, buterbrodları, qaşığı, kənarına, Sardelkanın, düzün, bezedən
BİZİ İZLƏYİN