• Dumanı üstündə portağallı pekin ördəyi resepti

Reseptin məlumatları Baxış sayı: 14 162

Tarix : 13-01-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8

Şef / Mənbə : Ülviyyə Zeynalova


Tərkibi:
2 x q bal
2 x q biyan kökü
2-3 əd ulduz anis
1 əd yaş rozmarin
1 əd portağal
yarım limon rəndəsi
2 əd göy soğan
y ç q zəncəfil tozu
y ç q sarımsaq tozu
1,5 ç q duz
y çay q qara istiot
1 x q şəkər
1 x q balzamik sirkə
1 x q üzüm sirkəsi
yaş zəncəfil
qurumuş portağal qabıgı

Hazırlanması:
Əvvəlcə ördəyin içərisini toz zəncəfil,şəkər,qara istiot,rozmarin,balzamik və üzüm sirkəsi,sarımsaq tozu,duz,portağal və limon qabığının rəndəsi qarışığı ilə doldurub,içərisinə yarım zəncəfil və göy soğan qoyub tikirik.Və ördək bir gecə soyuducuda qalır.24 saat sonra isə 1 litrə suya bal,anis,qurudulmuş portağal qabığı və duz əlavə edib qaynadırıq və ördəyi bu su vannasında 15 dq qaynadırıq.Sonra isə qalan işi təndirdə bişmək olur.Portağalın və ədviyyatların sadəcə ətri ördəyə keçir,inanılmaz bir dad olur.Ədviyyatların çoxluğundan qorxmayın,bu qədər ədviyyat olmasına baxmayaraq çox normal idi hərşey nə duzlu,nə istiotlu, nədə acı idi...

Nuş olsun!
Etiketlər: zəncəfil, portağal, sirkəsi, sarımsaq, istiot, soğan, balzamik, şəkər, rəndəsi, qaynadırıq, rozmarin, limon, yarım, ədviyyatların, sadəcə, Portağalın, keçir, ördəyə, qalan, inanılmaz
BİZİ İZLƏYİN