• Bənövşəyi plov resepti

Reseptin məlumatları Baxış sayı: 12 062

Tarix : 8-02-2017, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 qırmızı kələm
2 st. düyü
2 x.q. kərə yağı
1 armudu st. quşüzümü
1 armudu stəkan badam
1 st. toyuq bulyonu
1 ç.q. duz

Hazırlanması:
Düyünü isladın. Kələmin yarısını qazana qoyub üzərinə çıxınca su tökün. Qaynadın. Sudan çıxarıb nazik doğrayın.

Tavada kərə yağını əridin. Öncə badamı, sonra quşüzümünü qovurun. Kələmlə düyünü əlavə edib 2 dəqiqə qovurduqdan sonra 3 st. kələm suyu (qaynatdığınız) və toyuq bulyonunu əlavə edib iti odda bişirin. Qaynara düşəndən sonra duzunu qatıb ocağı azaldın. Suyunu çəkəndə ocaqdan götürün. Plovu qarışdırıb, qazanın qapağını örtün. Üzərinə qalın dəsmal çəkib 30 dəqiqə dəmləyin.

Nuş olsun!
Etiketlər: sonra, toyuq, əlavə, dəqiqə, kələm, armudu, qatıb, duzunu, ocağı, azaldın, düşəndən, bulyonunu, qovurduqdan, qaynatdığınız, Suyunu, bişirin, Qaynara, götürün, qalın, Üzərinə
BİZİ İZLƏYİN