• Bomba resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 943

Tarix : 18-08-2014, 14:00

Bölmə : Quru yeməklər / Börəklər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

3-3,5 st. un
1 st. qaynar su
4 x.q. bitki yağı
1 ç.q. şəkər tozu
1 ç.q. duz

İç:
5 pomidor
200 q pendir və ya kəsmik
2 diş sarımsaq
göyərti
duz

Hazırlanması:
Pomidorları fal-fal doğrayın. Pendiri çəngəllə əzin (əgər kəsmikdən istifadə edirsinizsə, duz vurun), əzilmiş sarımsaq, doğranmış göyərti əlavə edib qarışdırın.

Qaynar suda şəkər tozu və duzu həll edin, bitki yağı əlavə edin, un qatıb yumşaq xəmir yoğurun.

Xəmirin yarım saat gəlməsini gözləyin.

İkiyə bölüb birini nazik yayın.

Üzərinə bir-birindən 3 sm aralı olmaqla pomidor dilimlərini düzün.

Pomidorun üzərinə kəsmikli iç qoyun.

İkinci kündəni yayıb bunların üstünə çəkin.

Diametri uyğun gələn stəkanla hər pomidor diliminin konturundan azca iri dairələr kəsin.
Bomba resepti - FOTO RESEPT


Yağı tavada möhkəm qızdırın və kökələrin hər iki üzünü qızardın.

Artıq yağını çəkməsi üçün kağız salfetlərin üstünə düzün.

Nuş olsun!
Etiketlər: pomidor, şəkər, bitki, sarımsaq, göyərti, xəmir, üstünə, əlavə, düzün, uyğun, çəkin, yayıb, bunların, kündəni, Diametri, qoyun, dilimlərini, olmaqla, Pomidorun, üzərinə
BİZİ İZLƏYİN