• Romesko souslu toyuq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 13 678

Tarix : 26-02-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Toyuq üçün:
Toyuq 1,5 - 1,8 kq
Hisə verilmiş paprika 2 ç.q
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q
Zeytun yağı 2 x.q
Portağal şirəsi ¼ fincan təzə sıxılmış
Sarımsaq 8 diş (orta)

Romesko üçün:
Rəndələnmiş badam 3 x.q (qızardılmış)
Fındıq 7 Ədəd
Qızardılmış və qabığı soyulmuş Çörək 1 dilim (köhnə, bərkimiş)
Qurudulmuş qırmızı bibər 1/2 fincan qızardılmış
Qurudulmuş pomidor qızartması 1 1/4 fincan
Şərab sirkəsi 1/4 fincan
Qırmızı pul bibər 1/4 ç.q
Zeytun yağı 1/2 fincan

Soğan üçün:
Göy soğan 1 dəstə doğranılmış
Zeytun yağı 2 ç.q

Hazırlanması:
Sobanı 190°С qızdırın. Toyuğu yuyun və qurulayın və soba listinə və ya quş qızardılması üçün nəzərdə tutulan xüsusi qurğunun üzərinə yerləşdirin. Toyuğun qanadlarını belinə tərəf qatdalayın.
Kiçik qabda paprika, duz və istiotu qarışdırın. Toyuğun üzərinə portağal şirəsi və zeytun yağı qarışımını çəkin, ədviyyatları əlavə edin. Sarımsağı qabın dibinə yerləşdirin. Положите чеснок на дно противня.
Toyuğu 1,5-2 saat ərzində sobada bişirin, mütəmadi olaraq alınan şirəni üzərinə tökün. Sarımsaq yumşaq olan kimi onu sobadan çıxardın ( təxminən 30 dəqiqədən sonra).
Toyuq sobada olarkən Romesko sousunu hazırlayın – bunun üçün zeytun yağından başqa sousun bütün ərzaqlarını blenderdə xırdalayın. Məhlul pürə halına gəldikdə zeytun yağını əlavə edin və bir daha qarışdırın. Dadınıza uyğun duzlayın və istiotlayın.
Toyuğu sobadan çıxarın və üzərini folqa ilə örtüb bir az saxlayın. Eyni zamanda qrili və ya qril tavanı isidin. Soğanı zeytun yağı ilə qarışdırın və hər iki tərəfini 2-3 dəq qızardın. Dadınıza uyğun duzlayın və istiotlayın.
Toyuğu iri dərin qaba qoyun və qızardılmış soğan və Romesko sousu ilə masaya verin.

Nuş olsun!
Etiketlər: fincan, zeytun, Toyuğu, qarışdırın, qızardılmış, Romesko, Toyuq, üzərinə, Zeytun, bibər, istiotlayın, Qurudulmuş, Dadınıza, yerləşdirin, Toyuğun, soğan, uyğun, duzlayın, sobadan, şirəsi
BİZİ İZLƏYİN