• Limon və kartofla sobada qızardılmış toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 13 455

Tarix : 2-03-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 iri limon
3 diş sarımsaq, əzilmiş
2 x.q zeytun
1 - 1,2 kq toyuq
600 q kartof
3 saplaq rozmarin

Hazırlanması:
1. Sobanı 200°C qızdırmaq. Bir limonun şirəsini sıxmaq, digər limonu kiçik dilimlərə bölmək lazımdır. Kartofun qabığını soyun, yuyun və ürəyiniz istədiyi formada doğrayın.

2. 1/4 limon şirəsini zeytun yağı, sarımsaq, duz və istiotla qarışdırın. Alınan sousun yarısını doğranılmış toyuqların üzərinə töküb qarışdırın, digər yarısını kartofun üzərinə vurun.

3. Limon dilimlərini bişirəcəyiniz qabın dibinə düzün, üzərinə toyuq, kartof və rozmarini qoyun.

4. Toyuqu sobada 45 dəqiqə bişirin. Toyuq yaxşı bişsin deyə qabın üzərini folqa ilə bağlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, qarışdırın, şirəsini, digər, qabın, limon, yarısını, sarımsaq, kartof, zeytun, toyuq, bişirəcəyiniz, töküb, dibinə, dilimlərini, kartofun, düzün, Limon, vurun, sobada
BİZİ İZLƏYİN