• Xəngəl resepti

Reseptin məlumatları Baxış sayı: 70 531

Tarix : 28-02-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Yumurta 1 ədəd
Soyuq su 1 stəkan
Duz 1 ç.q
Un 1 stəkan

Qiymə üçün:
Mal və ya qoyun əti 300 q
Soğan 1 ədəd
Zirinc 2 x.q
Bulyon 1/2 stəkan Su ilə əvəz etmək olar
Duz 1 ç.q
İstiot 1/2 ç.q
Sarıkök 1/2 ç.q

Hazırlanması:
Un, yumurta, su və duzdan bərk xəmir yoğurun. 15 dəq saxlayın. Xəmiri dörd yerə bölüb kündələyin. Hər kündəni 0,5 sm nazikliyində yayın. 30-60 dəq ərzində qurudun. Daha sonra xəmiri romb şəklində doğrayın.

Duzlu qaynayan suda 10-12 dəqiqə ərzində bişirin və suyunu süzün.

Xəngəlin qarası üçün 1 baş soğanə doğrayıb yağda qızardın. Mal ətinini əlavə edib qarışdırın. Bulyon duz istiot, sarıkök və zirinc əlavə edib tavanın qapağını örtün. Hazır xəngəli buluda qoyub üzərinə əridilmiş kərə yağı və qovurmanı əlavə edin.

Xəngəl sarımsaq qatıqla yeyilir.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, ərzində, Bulyon, suyunu, ətinini, qarışdırın, istiot, sarıkök, süzün, qızardın, soğanə, qarası, doğrayıb, zirinc, yağda, Xəngəlin, qapağını, qovurmanı, əridilmiş
BİZİ İZLƏYİN