• Şah plov resepti

Reseptin məlumatları Baxış sayı: 13 538

Tarix : 5-03-2017, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Plov üçün:
Uzun düyü 3 Stəkan
Lavaş 10 ədəd
Duz 1 x.q
Zəfəran dəmi 50 ml
Kərə yağı 100 q

Qovurma üçün:
Qoyun əti 200 q
Kərə yağı 50 ml
Soğan 1 ədəd
Qayısı 100 q
Şabalıd 100 q
Kişmiş 100 ç.q
Duz 1 ç.q
İstiot 1/2 ç.q
Sarıkök 1/2 ç.q

Hazırlanması:
1. Kərə yağını tavada isidin və xırda doğranmış soğanı qızılı rəng alana kimi qızardın. Doğranmış qoyun ətini tava əlavə edib bir az pörtlədib qapağını örtün və 20 dəq bişirin. Qayısı və kişmişin üzərinə qaynar su tökün və 5 saxlayın. Quru meyvələrin suyunu süzüb ətə əlavə edin. Sonda qabığı soyulmuş şabalıdı əlavə edin. daha 10 dəq bişirin, duz, istiot və zövqə görə şəkər tozu əlavə edin.

2. 5 litrlik qazanda suyu qaynadıb duz əlavə edin. Düyünü yuyub suyunu süzün və qaynayan qazana əlavə edin. Orta odda 10-15 qaynadın. Düyü 80% bişən kimi süzün.

3. Çox dərin olmayan qazanı və ya soba formasını bitki yağı ilə tam yağlayın – dibini və qıraqlarını. Dibinə üst-üstə 2 lavaş qoyun, qalan lavaşları qazanın qırağlarına düzün. Lavaşlar alt lavaşların qırağını və qazanın qıraqlarını örtməlidir. Daha sonra qazana düzülən lavaşların üstündən dibinə yenidən lavaş qoyun.

4. Lavaşla tam örtülən qazana bir az düyü tökün və zəfəran dəmini töküb qarışdırın. Bu onun üçün lazımdır ki, şah plovu kəsəndə üstü sarı olsun. Bir azda düyü töküb üzərinə qovurmanı yerləşdirin. Qovurmanın üzərinə qalan düyünü tökün və əridilmiş yağ qatın. Yağın gədərini damağınıza görə uyğunlaşdıra bilərsiz. Plovun üstünü lavaşla örtüb 150 dərəcə qızdırılmış sobada 40 dəq dəmə qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, qoyun, tökün, qazana, üzərinə, bişirin, suyunu, qazanın, qıraqlarını, lavaş, qalan, süzün, lavaşların, töküb, Qayısı, qırağını, üstünü, Lavaşlar, düzün, örtməlidir
BİZİ İZLƏYİN