• Sobada qızıl balıq resepti

Reseptin məlumatları Baxış sayı: 16 706

Tarix : 6-03-2017, 14:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 qram qızılbalıq filesi
2 xörək qaşığı əridilmiş yağ
3 diş təmizlənmiş sarımsaq
1 xörək qaşığı xırda doğranılmış cəfəri
1/8 çay qaşığı duz
1 çimdik qara istiot
1 çay qaşığı limon suyu
3 ədəd yumru qara istiot
1 ədəd limon

Hazırlanması:
Sobanı əvvəldən 400 dərəcədə isidin.

Ərimiş yağı, sarımsaqı, cəfərini, duzu, qara istiotu və limon suyunu bir qaba qoyaraq, qarışdırın.

Sobanın listinin üzərinə bişirmə kağızı sərin. Qızılbalığı iki yerə bölərək, kağızın üstünə yerləşdirin. Göyərtili qarışıqı balığın üzərinə və qıraqlarına sürtün.

Sobada 12 dəqiqə bişirin. Süfrəyə doğranılmış limonla verin.

Nuş olsun!
Etiketlər: qaşığı, limon, xörək, istiot, doğranılmış, üzərinə, bişirmə, üstünə, kağızın, yerləşdirin, bölərək, sərin, Qızılbalığı, Göyərtili, kağızı, qıraqlarına, bişirin, Süfrəyə, limonla, verin
BİZİ İZLƏYİN