• Alabalıq kababı resepti

Reseptin məlumatları Baxış sayı: 4459

Tarix : 23.03.2017, 17:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
4 ədəd Alabalıq
2 diş sarımsaq
1 ədəd limon
10 qr kəklikotu
1 qəhvə fincanı qarğıdalı yağı
10 qr istiot
15 qr duz

Hazırlanması:
Alabalıq kababı hazırlamaq üçün əvvəlcə alabalıqların içiərisini, üzərinin pulcuqlarını təmizləyin və bol su ilə yaxşıca yuyun. Dərin bir qab götürün. Bu dərin qabda yağı, limon suyunu, kəklikotunu, istiotu, duzu qarışdırın. Sarımsaqların təmizləyin və həvəngdəstə vasitəsi ilə əzin. Bu əzilmiş sarımsaqları da yağ, limon suyu, kəklikotu və istiot qarışığına əlavə edin və möhkəmcə qarışdırın. Balıq kababı üçün sos hazırdır. Alabalıqları sosun içərisinə qoyun. Bu sosu Alabalıqlarına yaxşıca bulaşdırın və yedirdin. Sonra bu soslu balıqları soyuducuya qoyun. Soyuducunun içərisində də balıqları arada çevirin ki, sosu canına yaxşı çəksin. Balıqları sosun içərisində soyuducuda ən az 1 saat gözlədin.

1 saat keçdi artıq alabalıqlar bişirilmək üçün hazırdır. Balıqları bir neçə formada bişirə bilərsiz . Məsələn: Sobanın izqara hissəsi, tökmə qalın metal tava, elektrikli izqara (barbekue) və ya qızğın, alovsuz manqalda bişirə bilərsiz. Balığın hər tərəfi yaxşı bişməsi üçün bir üzü tam bişdikdən sonra digər üzünü də çevirin. Balığı bişirərkən balığın hər iki tərəfini də arada az miqdarda yağlayın. Alabalıq kababı bişib hazır olduqdan sonra üzərinə limon suyu və göyərtilər əlavə edərək servis edə bilərsiz.

Nuş olsun!

Etiketlər: limon, Alabalıq, kababı, bilərsiz, sonra, bişirə, təmizləyin, balıqları, qarışdırın, əlavə, hazırdır, sosun, qoyun, izqara, yaxşıca, içərisində, Balıqları, kəklikotu, yaxşı, istiot
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica