• Kartoflu balıq resepti

Reseptin məlumatları Baxış sayı: 12 686

Tarix : 24-03-2017, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
4 parça qılçığı az balıq,
4 ədət kartof,
2 yemək qaşığı un
2 ədət yumurta,
10 qr istiot,
5 qr pul bibər ,
15 qr kişniş tozu,
15 qr duz
3 diş döyülmüş sarımsaq,
yarım fincan duru yağ

Hazırlanması:
Balığı yaxşıca yuyun. Suyunun bir az süzülməsinə çalışın. Balığın böyüklüyünə görə əvvəlcə tam ortadan, sonra da yanlardan dördə bölün .İstərsəniz sadəcə iki parçaya ayırın .Duz və ədviyyatları qarışdırıb, ağzı qapaqlı bir qabda soyuducuda ən azı bir saat gözlədin. Kartofları iri rəndədən keçirdib suyunu yaxşıca sıxın. Bir qaba yığıb içinə yumurta, un, duz və az miqdarda istiot əlavə edib yaxşıca qarışdırın. Balığı əvvəlcə una bulayıb sonra üzərinə kartofu elave edin . Əlinizin içində tərs çevirərək diğər tərəfinə də eyni şəkildə kartof vurun . Bol qızğın yağın içinə yerləşdirin. Nar kimi qızarana qədər bişirin. Sonda limon və tərəvəzlərlə servis edə bilersiniz.

Nuş olsun!
Etiketlər: yaxşıca, içinə, əvvəlcə, istiot, Balığı, yumurta, kartof, sonra, içində, kartofu, elave, Əlinizin, üzərinə, əlavə, suyunu, keçirdib, sıxın, yığıb, qarışdırın, miqdarda
BİZİ İZLƏYİN