• Somon sandwich resepti

Reseptin məlumatları Baxış sayı: 11 630

Tarix : 13-03-2017, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
1 ədəd dərisi üzərində fileto somon
4-5 ədəd pırasa
3-4 dəstə körpə ispanaq
1 kök şüyüd
1 dəstə nanə
1 paket tərxun
1 paket reyhan
2 diş sarımsaq
3-4 yemək qaşığı zeytun yağı
1 limon qabığı rəndəsi
¼ muskat rəndəsi
1 yemək qaşığı xardal
Duz-istiot

Dərisi üçün:
Duz - qara bibər
Kimyon
Toz qırmızı bibər
Toz sarımsaq
Kəklikotu

Sousu üçün:
2 yumurta sarısı
400 gr. kərə yağı
2 yemək qaşığı dənəli xardal
1/2 limonun suyu - duz

Hazırlanması:
Balığın dərisini iti bir bıçaq köməyiylə çıxarın. Ortasından kəsin. Pırasaları və şüyüdü çox incə , nanə, tərxun və reyhanı doğrayın. Sarımsağı incə doğrayın.Geniş bir tavaya zeytun yağını qoyub qızdırın . İlk olaraq pırasaları qovurun. Pırasalar ölüşküdükdən sora keşnişi əlavə edib qovurmağa davam edin. Şüyüd də yumuşayınca ispanağı əlavə edib, sönene qədər qarışdırın. Hər bir vəsaiti qoyarkən az az duz və istiotla dadlandırın. Daha sonra sarımsağı, limon qabığı rəndəsi, muskat rendesini qoyun. Ocağı söndürüb nanə, tərxun və fesleğeni əlavə edib qarışdırın.
Filetoları yağlı kağız üzərinə qoyun, duz və istiotla ədviyyatlandırın. Bir filetonun üstünə xardal sürün. Bişirdiyiniz qarışığı balığın üzərinə yayın. Digər filetoyla üzərini bağlayın. Balığın çıxardığınız dərisini yağlı kağızın üstünə qoyun, duz və istiotlayın. Yağlı kağızı balığın üstünə sarın. Sobanın qabına alıb əvvəldən 180 dərəcədə isidilmiş sobada 40 dəqiqə bişirin.
Çıxartdığınız dərini incə doğrayın . Duz, bibər , toz sarımsaq, kəklikotu və istiot elavə edib yağ qoymadan sobada qızardın.
Sos üçün yağ əridib. Köpüyünü alın. Bir az soyudun. Bir kasada 2 yumurta sarısını mikserlə çırpın. Xardal əlavə çırpmağa davam edin. Kərəyağını az-az əlavə edərək mikserlə çırpmağa davam edin. Kərə yağı bitincə limon suyunu və duzunu əlavə edərək qarışdırın. Bişən balığın yağlı kağızdan çıxarın. Üstünə qızaran dəridən səpin və sousla birlikdə xidmət edin.

Nuş olsun!
Etiketlər: əlavə, limon, davam, qaşığı, yemək, rəndəsi, bibər, xardal, doğrayın, qarışdırın, sarımsaq, üstünə, tərxun, yağlı, balığın, qoyun, dərisini, edərək, Balığın, çıxarın
BİZİ İZLƏYİN