• Pomidor souslu tərəvəzli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 13 716

Tarix : 23-03-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
2 yemək qaşığı un
6 parça sümüksüz bud
1 böyük soğan
3 diş sarımsaq - incə qıyılmış
1 ədəd yaşıl bibər - kiçik küp doğranmış
2 ədəd qırmızı bibər - kiçik küp doğranmış
1 ədəd kök - kiçik küp doğranmış
10-12 ədəd şabalıd göbələyi - doğranmış
½ stəkan toyuq suyu
3-4 ədəd pomidor - doğranmış
2 yemək qaşığı balsamik sirkə
10 şəkər tozu
1 şirin çay qaşığı quru kəklikotu
10 ədəd dənələri çıxardılmış qara zeytun
Zeytunyağı
Duz
Qara bibər

Hazırlanması:
Toyuqları təmizlədikdən sonra una bulayın və kənara alın. Bir tavaya zeytun yağı qoyub qızdırın. Ardından toyuqları qızğın tavada biraz bişirib kənara alın. Həmin tavada sırası ilə soğan, sarımsaq, kök və bibərləri qovurun tərəvəzlər biraz bişdikdən sora göbələyi əlavə edin suyunu çəkənə qədər bişirməyə davam edin. Sonra toyuq suyu, pomidor, sirkə, şəkər tozu və kəklikotunu əlavə edib qarışdırın toyuqları və zeytunu əlavə edin 10-15 dəqiqə orta alovda bişirin.

Nuş olsun!
Etiketlər: doğranmış, bibər, kiçik, qaşığı, əlavə, yemək, toyuq, tavada, şəkər, sirkə, göbələyi, pomidor, kənara, biraz, toyuqları, sarımsaq, soğan, zeytun, tərəvəzlər, bişdikdən
BİZİ İZLƏYİN