• Toyuqlu çörək arası resepti

Reseptin məlumatları Baxış sayı: 15 928

Tarix : 15-03-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
½ su stəkanı süd
½ su stəkanı ananas suyu və püresi
1 yemək qaşığı quru maya
½ su stəkanı şəkər tozu
3 yemək qaşığı zeytun yağı
3 yemək qaşığı kərə yağı - əridilmiş, soyudulmuş
2 ədəd yumurta
5 stəkan un
duz
2 yemək qaşığı kərə yağı - üzərinə tökmək üçün

Daxili xərc üçün:
3 ədəd toyuq sinəsi
1 ədəd soğan doğranmış
3 diş sarımsaq
2 su stəkanı qaymaq
½ su stəkanı ananas suyu
½ ədəd limon suyu
zeytun yağı
duz
qara bibər
1 su stəkanı rəndə kaşar pendiri - arası üçün

Hazırlanması:
Çörək üçün süd, ananas suyu, quru maya, şəkər tozu , zeytun yağı, kərə yağı və yumurta bir kasada yaxşıca qarışdırın. Ayrı bir kasada unun ortasını hovuz kimi açın və qarışdırdığınız digər bütün vəsaitləri içinə alıb xəmir halına gələnə qədər yoğurun. Duzu kənardan əlavə edin və xəmiri 10-15 dəqiqə yaxşıca yoğurmağa davam edin. Həmin qabın içərisinə alıb 1-1.30 saat mayalandırın.
Müddətin sonunda çörəyi bərabər 9 parçaya bölün . 30 dəqiqə da bu şəkildə mayalandırın. Ardınca üzərinə əritdiyiniz kərə yağını tökün və 180 dərəcə sobada 35 dəqiqə bişirin.
Çörək bişərkən daxili xərc üçün olan toyuqları qaynadın və didikləyin. Soğanı və sarımsağı doğrayın.
Bir tavaya zeytun yağı əlavə edin və soğanı tavaya alıb qovurun. Soğan yumuşadıqdan sora didiklənmiş toyuq və sarımsağı əlavə edin və çevirin.
Onlar tavada bişirərkən digər tərəfdə qaymaq, ananas suyu, limon suyu, duz və qara bibəri bir kasada qarışdırın. Ardından toyuqların olduğu tavaya tökün və qarışdırıb altını bağlayın.
Çörəyiniz bişdikdən sonra soyudun və ortadan ikiyə kəsin. İçərisinə toyuqlu xərci yerləşdirin, kaşar pendiri səpin, üstünü bağlayın və 10 dəqiqə daha sobada kaşar pendiri əridib, xidmət edin.

Nuş olsun!
Etiketlər: stəkanı, ananas, dəqiqə, qaşığı, zeytun, yemək, kaşar, kasada, tavaya, pendiri, əlavə, yaxşıca, Çörək, qarışdırın, mayalandırın, sobada, tökün, sarımsağı, limon, digər
BİZİ İZLƏYİN