• Göbələkli kartof yuvaları resepti

Reseptin məlumatları Baxış sayı: 18 318

Tarix : 12-08-2014, 13:54

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
"Yuvalar" üçün:

1 kq kartof
2 yumurta
1 x.q. kərə yağı
100 ml isti süd

İç:
200 q şampinyon
1 iri baş soğan
sürtgəcdən keçirilmiş pendir
duz
1 çimdik qara istiot
1 çimdik Provans otları

Hazırlanması:
Təmizlənmiş kartofu iri doğrayıb qazana yığın, qaynar su və duz əlavə edin, hazır olanadək bişirin.
Suyunu süzün, süd, kərə yağı əlavə edib püre hazırlayın, yumurta vuraraq mikserlə çalın.

Göbələyi təmizləyib yuyun, saman kimi doğrayın.

Soğanı təmizləyib yarımhalqa doğrayın.

Göbələyi və soğanı bitki yağında qızılı rəng alanadək qovurun. Azca duz, qara istiot və italyan otları əlavə edin.

Kartofu konditer torbasına doldurun.

Yağlanmış və perqament döşənmiş siniyə torbadan "yuvalar" çıxarın: əvvəlcə yumru dib hazırlayın, sonra isə bir lay qırağına "divar qoyun".

İçinə göbələkli iç doldurun, üzərinə pendir səpin.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, otları, istiot, bişirin, hazırlayın, doldurun, təmizləyib, Göbələyi, çimdik, doğrayın, yumurta, pendir, yuvalar, qovurun, döşənmiş, siniyə, torbadan, çıxarın, perqament, Yağlanmış
BİZİ İZLƏYİN