• Fatayer resepti

Reseptin məlumatları Baxış sayı: 7598

Tarix : 26.03.2017, 16:00

Bölmə : Quru yeməklər, Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz




Tərkibi:
Xəmiri üçün:
2.5 su stəkanı un
1 şirin qaşığı instant maya
Yarım su stəkanı ilıq süd
Yarım su stəkanı ilıq su
1 çay qaşığı toz şəkər
Yarım çay stəkanı günəbaxan yağı

İç xərci üçün:
500 qr ispanaq
1 ədəd soğan
1 ədəd qırmızı bibər
1 ədəd limonun suyu
2 yemək qaşığı sumaq
2 yemək qaşığı süd
duz
qara bibər

Hazırlanması:
Un və mayanı geniş bir kasada qarışdırın. Digər vəsaitləri əlavə edib qarışdırdıqdan sonra 10 dəqiqə yoğurun. Xəmiri hissələrə ayırıb bir qaba düzün və üzərini örtərək mayalanmaya buraxın.

Bibərlərin toxumlarını təmizləyib kub şəklində doğrayın. Soğanı da kub şəklində doğrayın və bibərlə qarışdırın. Duz, qara bibər, sumaq əlavə edib qarışdırın.Ispanaqları incə doğrayın üzərinə duz əlavə edib əlinizlə ovalayın. Sudan keçirərək soğanlı qarışığa əlavə edin. Limon suyunu əlavə edin.

Böldüyünüz hissələri mərdanə ilə çay qabı böyüklüyündə açıb ortalarına ıspanaklı xərcdən yerləşdirin və üçbucaq şəklində bağlayın. Yağlı kağız sərilmiş nimçəyə düzüb üzərlərinə süd çəkin . 180 dərəcəyə nizamlanmış sobada qızarana qədər bişirin. İlıqlaşdıqdan sonra xidmət edin.
Fatayer artıq hazır.

Nuş olsun!

Etiketlər: əlavə, stəkanı, qaşığı, şəklində, bibər, Yarım, qarışdırın, doğrayın, yemək, sumaq, Xəmiri, sonra, ıspanaklı, bağlayın, üçbucaq, ortalarına, xərcdən, yerləşdirin, hissələri, Limon
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN