• Tart Caprese resepti

Reseptin məlumatları Baxış sayı: 12 276

Tarix : 14-03-2017, 12:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
4 parça milföy xəmiri
200 g mozarella pendiri
3 pomidor
4 yemək qaşığı zeytun yağı
5 ~ 6 budaq təzə kəklik
0,5 çay qaşığı toz şəkər
duz
qara bibər

üzəri üçün:
1 yumurta
reyhan

Hazırlanması:
Pomidorları bir sm qalınlığında halqa doğrayın. Yağlı kağız sərilmiş soba nimçəsinə düzün. Üzərinə zeytun yağı gəzdirin. İncə doğradığınız təzə kəklik budaqlarını əlavə edib duz və ədviyyatlarla dadlandırın. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 20 dəqiqə bişirin. Milföy xəmirini yüngül unladığınız dəzgah üzərinə eqoyun və bir mərdanə köməyiylə incə açın. Kənarlarını qatlayaraq forma verin. Şişməməsi üçün xəmirin üzərinə çəngəllə dəliklər açın. Xəmirin üzərinə duz və qara bibər səpin. Qızartma pomidor dilimlərini və mozarella pendirindən sıra ilə milföy xəmirinin üzərini örtəcək şəkildə düzün. Aralarına reyhan yarpaqları əlavə edin. Xəmirin kənarlarına yumurta sarısı sürtün. əvvəldən 200 dərəcədə isidilmiş sobada pendirlər əriyib kənarları yüngül qızarana qədər təxminən 10-15 dəqiqə bişirin. İsti xidmət edin.

Nuş olsun!
Etiketlər: üzərinə, reyhan, yumurta, yüngül, əlavə, isidilmiş, sobada, dəqiqə, bişirin, Xəmirin, bibər, kəklik, düzün, pomidor, mozarella, qaşığı, zeytun, milföy, pendirindən, Qızartmak
BİZİ İZLƏYİN