• Tərəvəzli cheesecake resepti

Reseptin məlumatları Baxış sayı: 8149

Tarix : 26.03.2017, 21:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz




Tərkibi:
1 böyük badımcan
8 orta boy körpə qabaq
1 kq balqabağı, soyulmuş
1 böyük qırmızı bibər
30 ml kərə yağı
40 ml zeytun yağı
6 yumurta, çırpılmış
300 qr ricotta pendiri
15 qr kəklikotu
Duz və təzə çəkilmiş qara bibər
250 ml mozzarella pendiri, rəndələnmiş
20 qr təzə reyhan

Hazırlanması:
Sobanızı 180 dərəcəyə nizamlayıb əvvəlcədən qızdırın. Badımcanları xəttli bir şəkildə soyun və uzunlamasına incə incə dilimləyin. Üzərlərinə duz tökərək kənarda bir neçə dəqiqə gözlədin. Ardından duzlarını suda yuyun və kağız dəsmal ilə qurulayın. Körpə qabaqları, balqabaqlarını və qırmızı bibəri də eyni şəkildə uzunlamasına incə incə dilimləyin. İsidilmiş kərə yağı və zeytun yağında qızardın. Yumurta, ricotta pendiri, kəklikotu, duz və təzə çəkilmiş qara bibəri bir qabda qarışdırın. 20 sm diametrində bir soba qabının kənarlarını yağlayın, zəminini də soba kağızıyla örtün. Üzərinə badımcan, qabaq, balqabaq və qırmızı bibərin yarısını yayın. Ricottalı qarışığın yarısını da əlavə edin. Ən üstə mozzarella pendirindən parça parça serptikten sonra 20-30 dəqiqə sobada bişirin. Cheesecake'i tərs çevirib xidmət qabına almadan əvvəl bir neçə dəqiqə gözləyin. Fesleğen ilə bəzəyin. Yanında təzə çörəklə istər isti, istəsəniz də soyuq olaraq xidmət edin.

Qeyd: Cheesecake'inizi rahat dilimləmək üçün bir gün əvvəl bişirin.

Nuş olsun!

Etiketlər: pendiri, dəqiqə, qırmızı, dilimləyin, uzunlamasına, yarısını, əvvəl, xidmət, Cheesecake, parça, bişirin, mozzarella, böyük, bibəri, şəkildə, ricotta, kəklikotu, zeytun, bibər, çəkilmiş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN