• Sobada tərəvəzli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 13 794

Tarix : 24-03-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
500 qram toyuq budu
500 qram toyuq sinəsi
4 ədəd kartof
4 ədəd pomidor
5 ədəd acı bibər
5 ədəd soğan
1 şirin çay qaşığı tomat
1 çay qaşığı bibər pastası
Yarım stəkan su
İtiot
Kəklikotu
Duz
Pul bibər
Maye yağ

Hazırlanması:
Əvvəlcə bir qabın içində su , pastalarımızı və ədviyyatlarımızı qarışdırırıq, ardından toyuqlarımızı içində qarışdırırıq toyuqları soba qabının içinə düzürük, kartofları yumru kəsib üzərinə düzürük, sonra bibərlərimizi ikiyə bölüb üzərinə düzürük, pomidorları da doğrayıp ən üstə düzüb ən son üzərinə bir miqdar maye yağ gəzdiririk, bu yeməyimizi həm ləzzətli, həm daha parlaq edir, üzərinə az miqdarda kəklikotu səpib sonra sobaya veririk 180 dərəcə sobada üzəri qızarana qədər bişirik. Artıq sobada tərəvəzli toyuq hazırdır.

Nuş olsun!
Etiketlər: üzərinə, bibər, düzürük, toyuq, qaşığı, sobada, içində, qarışdırırıq, sonra, yeməyimizi, ləzzətli, gəzdiririk, doğrayıp, bölüb, pomidorları, parlaq, düzüb, miqdar, kəklikotu, bişirik
BİZİ İZLƏYİN