• Ətli kıbrıs dürüm resepti

Reseptin məlumatları Baxış sayı: 12 973

Tarix : 24-03-2017, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
10 ədəd lavaş
1 ədəd pomidor
0,5 kq can əti
2 ədəd xiyar
5 ədəd kartof
nanə
1 kasa qatıq
3 ədəd soğan
1 paket hellim pendir
duz
zeytun yağı
qara bibər
cəfəri

Hazırlanması:
İlk olaraq can ətini uzun (jülyen) doğranır doğrandıqdan sonra; soğanlar incə incə doğranır. Qazanın içərisinə kifayət qədər zeytun yağı əlavə edib doğranmış ətləri alıb qovurmağ başlayın. Ardından içinə incə incə doğranmış soğanlar da tökün və bişirməyə başlayın. Ətlərə duz və istiotu əlavə edin . Beləcə qovurma mərhələ sonlanmış olur. Soyulan kartoflar doğranır və qızartılmağa başlayın. .Ardından pomidorlar dilim hala gətirilir. Eyni şəkildə hellim pendirlər də dilimlənir. Bir tava içinə az miqdarda yağ əlavə edin və içinə pendirləri bir miqdar qızardın. Cəfərini xeyli incə olacaq şəkildə doğrayın. Dəzgahın üzərinə lavaşlar gözəlcə düzülür. Daha sonra qovrulmuş olan ətlər, lavaşların üzərinə sərilir. İlk olaraq hellim pendir, ardından da dilimlənmiş pomidorlar əlavə olunur. Qızartmış olduğunuz kartofları da nizamlı bir şəkildə üzərlərinə yerləşdirin. Son olaraq incə incə qıyılmış olan cəfəriləri də üzərilərinə səpin. Klassik dürüm bükmə üsulu ilə lavaşlar bir gözəl rulet şəklində bükülür. Beləliklə ətli Kıbrıs dürümü artıq hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, doğranır, olaraq, başlayın, içinə, hellim, şəkildə, sonra, Ardından, soğanlar, doğranmış, pomidorlar, üzərinə, lavaşlar, zeytun, pendir, ardından, dilimlənmiş, kartofları, Qızartmış
BİZİ İZLƏYİN