• Adana kababı resepti

Reseptin məlumatları Baxış sayı: 15 326

Tarix : 12-03-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
500 qr. Quzu Əti (qabırğa və but tərəfindən)
125 qr. Quzu quyruq (yağı)
qırmızı bibər
qara bibər
duz
1-2 diş sarımsaq (istəyə görə)

Hazırlanması:
Quzu qabırğa və bud tərəfindən olan 500 qr. ətin sinirləri təmizlənir. Ət qıyma halına gətirilir. Quyruq yağı da eyni şəkildə ətə əlavə olunaraq, hamısı qarışdırılib qıyma halına gətirilir. Duz, qırmızı bibər, qara bibər və istəyə görə 1-2 diş sarımsaq da əlavə olunaraq, ən az 10-15 dəqiqə qədər çox yaxşı bir şəkildə yoğrulur. Üzəri örtülüb soyuducuya qoyuruq və bir gecə dincəldirik. Gözləməyə vaxtınız yoxsa ən az 1 saat dincəldirik . Əti təkrar yaxşıca yoğurduqdan sonra, yumruq böyüklüyündə edirik. Ət yastı şişlərə düzülür. Bu şəkildə şişlərə batırılan ət basdırılaraq düzgün bir şəkildə şişlərə yayılır. Nə çox incə nə də çox qalın olmalıdır. Şişlər elektrikli manqal və ya normal manqal üzərində bişirilir. Adana kababı yanında sumaxlı salat, ayran, bol göyərti, mövsüm salatı, lavaş vs. kimi qarnir ilə isti olaraq servis edilir.

Nuş olsun!
Etiketlər: şəkildə, bibər, şişlərə, gətirilir, dincəldirik, manqal, əlavə, halına, olunaraq, qıyma, qabırğa, tərəfindən, sarımsaq, qırmızı, istəyə, elektrikli, üzərində, normal, bişirilir, yayılır
BİZİ İZLƏYİN