Tərkibi:250 q boyat çörək (pide)
1.5 st. süd
2 yumurta
4-5 x.q. bal, yaxud bəhməz
1 x.q. zeytun yağı
1 ovuc xırdalanmış qoz (fındıq, araxis)
1 st. un
Hazırlanması:Bayat çörəyi blenderdə xırdalayın. Üzərinə süd tökün. Yumurtaları, zeytun yağını, bəhməzi (yaxud balı) əlavə edin. Qoz qatın. Unu az-az əlavə edib qarışdırın. Blinçik xəmiri qatılığında alınmalıdır.
Yağsız tavaya qaşıqla salıb o üz-bu üz qızardın.
Süfrəyə verərkən üzərinə təzə meyvə, qaymaq, bal, araxis qoya bilərsiniz.
Nuş olsun!
Etiketlər: araxis, yaxud, zeytun, əlavə, Yağsız, tavaya, Blinçik, qatılığında, xəmiri, qaşıqla, alınmalıdır, Süfrəyə, meyvə, qaymaq, bilərsiniz, üzərinə, verərkən, qızardın, qarışdırın, salıb