• Sobada ət qovurması ilə plov resepti

Reseptin məlumatları Baxış sayı: 12 218

Tarix : 30-03-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
qovurma:
3/4 armudu st. bitki yağı
0,5 kq ət
2 soğan
1 yerkökü
1 x.q. tomat pastası
200 q yaşıl noxud
200 q göbələk
duz
istiot
1 kartof
yarım dəstə şüyüd

plov:
2 st. düyü
3 st. su
duz
0,5 armudu st. bitki yağı

Hazırlanması:
Düyünü ilıq duzlu suda yarım saat saxlayın. Sonra yuyub yarım armudu stəkanı bitki yağı ilə şəffaflaşanadək qovurun.
Başqa qazanda bitki yağını qızdırın. Quşbaşı doğranmış əti suyunu çəkənədək qovurun. Xırda doğranmış soğanı qatın, rəngi dönənədək qızardın. Kubik doğranmış yerkökü, sonra tomat pastası əlavə edin, yarım dəqiqə qovurduqdan sonra göy noxud, fal-fal doğranmış göbələk, üzərinə azacıq çıxanadək isti su, duz, istiot əlavə edin. Ət yumşalanadək vam odda bişirin. Ocaqdan götürməzdən 10 dəqiqə əvvəl bir neçə yerindən bıçaqla çərtilmiş kartofu bütövlükdə qazanın içinə qoyun. 10 dəqiqə sonra qazanı ocaqdan götürün.
Odadavamlı iri kasanın ortasına kartofu qoyun. Üzərinə suyunu süzdüyünüz ət qovurmasını düzün. Xırda doğranmış şüyüdü səpin. Kasanı odadavamlı formaya tərs çevirin, amma götürməyin.
Düyünün olduğu qazana isti su və duz əlavə edib düyü suyunu azacıq çəkənədək, 5 dəqiqə bişirin. Sonra düyünü formadakı kasanın ətrafına yayın. Kasanı çıxarın. Formanın üzərinə folqa çəkib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada düyü suyunu tam çəkənədək bişirin. Sobanı söndürüb plovu 30 dəqiqə içində dəmləyin.

Nuş olsun!
Etiketlər: doğranmış, dəqiqə, yarım, suyunu, bitki, sonra, bişirin, çəkənədək, əlavə, armudu, yerkökü, azacıq, kasanın, qoyun, kartofu, Kasanı, qovurun, üzərinə, Xırda, göbələk
BİZİ İZLƏYİN