• İtalyansayağı toyuq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 12 654

Tarix : 30-03-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1/3 st. sürtgəcdən keçirilmiş parmezan
2 bişmiş toyuq filesi
0,5 st. motsarella
0,5 ç.q. oreqano qurusu
0,5 ç.q. reyhan qurusu
2 diş sarımsaq
1 banka pomidor konservi

xəmir:
0,5 st. un
1 ç.q. qabartma tozu
1 ç.q. duz
1/4 st. bitki yağı
1 st. süd
2 yumurta
1/2 st. motsarella (üzərinə)

Hazırlanması:
23 sm diametrli formanı bitki yağı ilə yağlayın. Sürtgəcdən keçirilmiş parmezanı formanın dibinə səpin. Üzərinə xırda doğranmış toyuq ətini bərabər qaydada düzün. 0,5 st. motsarella və göyərti qurularını əlavə edin. Konservləşdirilmiş pomidoru xırdalayın, əzilmiş sarımsaqla qarışdırıb pendirin üzərinə qoyun.

Xəmir üçün olan ərzağı qarışdırıb tomat qarışığının üzərinə bərabər yayın.

Piroqu 170-180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Sobadan çıxarıb motsarellanın qalanını səpin. Yenidən sobaya qaytarıb 10 dəqiqə, üzəri qızarınca bişirin.

Nuş olsun!
Etiketlər: motsarella, üzərinə, bişirin, bərabər, bitki, səpin, qurusu, dəqiqə, qarışdırıb, keçirilmiş, toyuq, yayın, ərzağı, tomat, qarışığının, pomidoru, xırdalayın, qoyun, Xəmir, əzilmiş
BİZİ İZLƏYİN