• Petla resepti

Reseptin məlumatları Baxış sayı: 3057

Tarix : 26.09.2017, 22:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 q qiymə
2 baş soğan
3 x.q. kərə yağı
2 böyük pomidor
1 ç.q. bitki yağı
2 x.q. dolmalıq fıstıq
2 x.q. quşüzümü
2 x.q. duz
2 x.q. istiot

blinçiklər üçün:
2 st. süd
1.5 st. un
2 yumurta
1 çimdik duz
1 qəhvə fincanı bitki yağı

üzərinə:
1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanması:
Qiymə ilə xırda doğranmış soğanı kərə yağında qovurun. Qabığı soyulub sürtgəcdən keçirilmiş pomidorları əlavə edib bişirin. Suyunu çox çəkməsin.

Ayrı tavada fıstığı bitki yağında azca rəngi dönüncə qovurun. Quşüzümünü əlavə edib qarışdırın, sonra qiymə olan tavaya boşaldın. Duz-istiot qatıb soyudun.

Süd, un, yumurta, bitki yağı və duzu mikserlə çalın. Yapışmayan tavanı qızdırıb 1 çömçə qarışıqdan tökərək tavanı əyib xəmirin hər tərəfinə yayılmasına çalışın. Hər iki üzünü bişirin. Xəmir bitənədək blinçiklər bişirin, üst-üstə yığın.

Formanı yağlayıb içinə bir ədəd blinçiki döşəyin. Üzərinə içdən yayın. Bu prosesi ərzaqlar bitənədək növbələyərək təkrarlayın.

Ən üst qata sürtgəcdən keçirilmiş pendir səpin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada pendir əriyənədək bişirin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!

Etiketlər: bişirin, bitki, keçirilmiş, sürtgəcdən, əlavə, bitənədək, tavanı, yağında, yumurta, qovurun, pendir, qiymə, blinçiklər, istiot, qarışıqdan, tökərək, çömçə, qızdırıb, Formanı, yağlayıb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica