• Badamlı qısır resepti

Reseptin məlumatları Baxış sayı: 10 740

Tarix : 1-04-2017, 17:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0.5 st. badam
1 st. narın bulqur
isti su
0.5 armudu st. bitki yağı
2 orta boy soğan
1 x.q. bibər pastası
1 ç.q. tomat pastası
göy soğan
cəfəri
yarım limonun şirəsi
2 x.q. narşərab
duz

Hazırlanması:
Badamları qaynayan suda 5 dəqiqə saxlayıb çıxarın. Qabığını soyub hər birini ikiyə bölün. Yapışmayan tavada qarışdıraraq rəngini dəyişənədək qovurun.

Bulquru bir qazana tökün. Üzərinə 1 sm çıxacaq qədər qaynar su tökün, qapağını örtün.

Tavada bitki yağını qızdırıb xırda doğranmış soğanı qovurun. Bibər və tomat pastalarını əlavə edin. 1-2 dəqiqə qovurub ocaqdan götürün. Bunu şişmiş bulqurun (bulqur bişirilmir, sadəcə üzərinə qaynar su tökülür və həmin suyu hopdurur) üzərinə əlavə edib yaxşıca qarışdırın.

Badam, xırda doğranmış göy soğan və cəfəri, limon şirəsi, narşərab və duz qatın. Soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: soğan, əlavə, qaynar, narşərab, dəqiqə, üzərinə, qovurun, tökün, cəfəri, şirəsi, tomat, bulqur, xırda, bitki, doğranmış, pastası, şişmiş, Bibər, götürün, bulqurun
BİZİ İZLƏYİN