• Gül kələmindən kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 11 348

Tarix : 28-03-2017, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd ortaboy gül kələmi
2 ədəd yumurta
2 xörək qaşığı un
Duz
İstiot
Qızartmaq üçün yağ

Hazırlanması:
Gül kələmini doğrayıb yuyun. Duzlu suda tam bişənədək qaynadın. Sudan çıxardıqdan sonra əzib püre halına gətirin. Soyuduqdan sonra üzərinə yumurta, duz, istiot, əlavə edib yaxşı qarışdırın.
Tavada yağı qızardıb qarışımdan 1 xörək qaşığı həcmində götürüb tavaya qoyun və kotletləri ikitərəfli qızardın. İsti-isti süfrəyə verin.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, xörək, yumurta, qarışımdan, qızardıb, Tavada, yaxşı, əlavə, həcmində, qarışdırın, qoyun, qızardın, süfrəyə, verin, ikitərəfli, kotletləri, tavaya, istiot, götürüb
BİZİ İZLƏYİN